Gədəbəydə 7 otaqlı ev yanıb

1 Yanvar 2018 20:19 (UTC+04:00)

AzNews.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Gədəbəy rayonu, Böyük Qaramurad kəndində ümumi sahəsi 200 m2 olan 7 otaqlı evin çardağı 100 m2 və 2-ci mərtəbədə 1 otağın tavanı 40 m2 sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.