Qısqanc ər 22 yaşlı həyat yoldaşını bıçaqladı

2 Yanvar 2018 11:08 (UTC+04:00)

AzNews.az virtualaz.org-a istinadən bildirir ki, kənd sakini, 22 yaşlı Aysel Həmidova ağır bıçaq xəsarətləri ilə Neftçala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Yaralının vəziyyəti ağır olduğundan hazırda onun üzərində cərrahiyyə əməliyyatı aparılır.

Gənc qadının 23 yaşlı həyat yoldaşı Emin Tapdıq oğlu Əliyev hadisəni törətməkdə şübhəli bilindiyi üçün polis tərəfindən saxlanılıb.