Yeni buz dövrü yaxınlaşır - Canlılar məhv ola bilər

2 Yanvar 2018 15:08 (UTC+04:00)

AzNews.az metbuat.az-a istinadla bildirir ki, alimlərin fikrincə buna Günəşdəki elektromaqnit fəallığın dəyişməsi səbəb olacaq.

Prosesin 2021-ci ildə başlayacağı güman edilir. Nəticədə dünyanın bəzi bölgələrində sərt şaxtalar hökm sürəcək.

Alimlər bunu "kiçik buz dövrü" adlandırırlar.

Bu proses ümumiliklə Yer kürəsi üçün faydalı olsa da, şaxtaların təsiri altında qalan bölgələrdəki canlı həyatın fəsadlarla üzləşəcəyi qaçılmaz olacaq.