Bakıda soyğun - 121 manat oğurlandı

2 Yanvar 2018 15:58 (UTC+04:00)

AzNews.az-ın DİN-in saytına istinadən verdiyi məlumata görə, yanvarın 1-də saat 4 radələrində Nəsimi rayonunun Moskva prospektində naməlum şəxs Bakı şəhər sakini Fəhruz Fəhruzzadəyə zor tətbiq edib içərisində 121 manatı olan pulqabısını alıb.

Nəsimi RPİ 19-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Ceyhun Bayramlı saxlanılıb.