Sabirabadda mənzildən oğurluq - Qızıl əşyaları götürüldü

2 Yanvar 2018 18:53 (UTC+04:00)

AzNews.az-ın DİN-in saytına istinadən verdiyi məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ötən il dekabrın 27-də rayon ərazisindəki evlərin birindən 307 manat pul və 2200 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən şəhər sakini Əhməd Qarayev tutulub.

Faktla bağlı araşdırma aparılır.