"Report"-un məlumatına görə, hadisə rayonun Kürdmahmudlu kəndində qeydə alınıb.
Belə ki, rayon sakini Zamil Misirov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən 5-ci Zobucuq qəsəbə sakini, 1961-ci il təvəllüdlü Nəbi Əhmədovu vurub. Ağır xəsarətlər alan piyada hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
AzNews.az