AzNews.az xəbər verir ki, Bakı şəhəri, Suraxanı rayonunda “Kia” və “Hyudai” markalı iki minik avtomobili toqquşub. Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılmış vəziyyətdə qalmış 2 nəfəri deformasiyaya uğramış avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.