İranda hakimiyyəti dəstəkləyənlərin yürüşü keçirilir

3 Yanvar 2018 12:18 (UTC+04:00)

“Report” xəbər verir ki, bu haqda İran dövlət televiziyası məlumat yayıb.

Aksiya iştirakçıları mövcud hakimiyyəti dəstəklədiklərini bildiriblər.

Qeyd edək ki, dekabrın 28-də İranda etiraz aksiyaları keçirilib. Bu aksiyalar zamanı etirazçılarla hakimiyyətin təhlükəsizlik qüvvələri arasında baş verən toqquşmalar nəticəsində 27 dinc nümayişçinin öldüyü barədə xəbərlər yayılıb.

AzNews.az