“İran və Azərbaycanın güclü münasibətləri var”: Birinci vitse-prezident

3 Yanvar 2018 15:32 (UTC+04:00)

Trend-in IRNA-ya istinadən verdiyi məlumata görə, Ərdəbil əyalətində yerli toplantıda çıxış edən İ.Cahangiri bildirib ki, qonşu ölkələrlə əlaqələrin genişləndirilməsi İranın əsas prioritetidir.

Əyalətin Azərbaycanla sərhəddə olduğunu vurğulayan vitse-prezident qeyd edib ki, Ərdəbil bu imkandan Azərbaycanla əlaqələrin möhkəmləndirilməsi üçün yararlana bilər.

O əlavə edib ki, İran zəngin təbii ehtiyatları, ixtisaslaşmış işçiləri, həmçinin sərfəli coğrafi mövqeyi daxil olmaqla nəhəng potensiala malikdir.

AzNews.az