Sabirabadda avtomobil piyadanı vurub

3 Yanvar 2018 18:07 (UTC+04:00)

AzNews.az Apa-ya istinadən xəbər verir ki, bu gün axşam saatlarında Sabirabad rayonunun Xəlifəli kəndi ərazisində Kürdəmir sakini, 1975-ci il təvəllüdlü Səmədov Vasif Cavanşir oğlunu yük avtomobili vurub. Nəticədə piyada sınıq xəsarətləri ilə Şirvan şəhər xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.