Cəlilabadda sürücü piyadanı vurub öldürdü

3 Yanvar 2018 20:27 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki, Göytəpə şəhər sakini Bayramov Teymur Seyfi oğlu yolu keçən zaman onu avtomobil vurub.

Zərərçəkmiş hadisə yerində keçinib.

Faktla bağlı araşdırma aparılır.