“Ermənistanda yoxsulluq səviyyəsi çox yüksəkdir”

4 Yanvar 2018 12:50 (UTC+04:00)

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, bunu Ermənistan parlamentinin vitse-spikeri Mikael Melkumyan deyib.

M.Melkumyan qeyd edib ki, Ermənistanda yoxsulluq səviyyəsi çox yüksəkdir və 30 faiz həddindən aşağı düşmür: “İşsizlik səviyyəsi 20 faiz ətrafındadır. Ölkədən əmək miqrantlarının axını çox böyükdür”.

Vitse-spiker onu da vurğulayıb ki, bu məsələnin həll olunmasında problemlər mövcuddur və ölkədəki hazırkı sosial-iqtisadi vəziyyət Ermənistanda mənfi nəticələrə gətirib çıxara bilər.

AzNews.az