Tovuzda sürücü 11 yaşlı uşağı ağır yaraladı

4 Yanvar 2018 19:46 (UTC+04:00)

AzNews.az Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun mərkəzində olub. Rayon sakini, 2007 -ci il təvəllüdlü Ağayev Roman Taleh oğlu yolu keçərkən naməlum avtomobil vurub.

Yaralı ağır kəllə beyin travması ilə Gəncədəki xəstəxanalardan birinə yerləşdirilib.

Hazırda yaralının vəziyyəti ağırdır.