Millimizin sabiq məşqçisi Bosniya və Herseqovinanı seçdi

4 Yanvar 2018 20:57 (UTC+04:00)

AzNews.az xəbər verir ki, xorvatiyalı mütəxəssis Bosniya və Herseqovina yığmasının “sükanı arxası”na keçib.

Bu barədə qərar ölkənin futbol federasiyasının İcraiyyə Komitəsinin bugünkü iclasında verilib. Komitə üzvləri Amar Osimlə Prosineçki arasında seçim ediblər.

49 yaşlı mütəxəssis yeni iş yerində fəaliyyətə bu ayın sonunda başlayacaq. O, milli komandanı yanvarın 28-də ABŞ-da təlim-məşq toplanışına aparacaq və 3 gün sonra yetirmələri ilk matçında Meksika ilə qarşılaşacaq.