Sumqayıtda yanğın - 5 nəfər təxliyə edilib

4 Yanvar 2018 23:17 (UTC+04:00)

AzNews.az FHN-ə istinadən xəbər verir ki, yanğın ümumi sahəsi 37 m² olan 1 otaqlı mənzildə baş verib. Nəticədə mənzilin yanar konstruksiyaları 6 m² sahədə qismən yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 5 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.​