Liderlər sülh bağladı

2 Mart 2013 07:37 (UTC+04:00)

İtaliya Seria A da 27-ci turun oyunlarına start verilib. İlk oyun günündə turnir cədvəlinin 2-ci pilləsində qərarlaşan "Napoli" lider "Yuventus"u qəbul edib. Maraqla gözlənilən oyunun ilk dəqiqələri qonaqların hücumları şəraitində keçib. Bu hesabda da özünü göstərib və 10-cü dəqiqədə Çellini Yuventusu önə keçirib.

Məğlubiyyəti qəbul etməyən Napoli klubu isə hesabı bərabərləşdirməyi bacarıb. Gökhan İnlər 43-cü dəqiqədə komandasının bərabərlik qolunu vurub. Beləliklə, oyun 1:1 hesabı ilə yekunlaşıb.

Fərid
AzNews.az