ABŞ Pakistana yardımları dayandırdı

5 Yanvar 2018 10:19 (UTC+04:00)

AzNews.az xəbər verir ki, ABŞ Xarici İşlər Nazirliyindən verilən açıqlamada qərarın İslamabadın Hakkan şəbəkəsi və Əfqan Talibanına qarşı hərəkətə keçənə qədər qüvvədə olacağı bildirilir.

Nazirlik cümə axşamı Pakistanı ölkədə dini azadlıqların ciddi bir şəkildə pozulması səbəbilə özəl izləmə siyahısına da yerləşdirib.

Sözügedən qərarı açıqlayan xarici işlər nazirinin sözçüsü Hizer Navert kəsilən yardımların həcminin nə qədər olduğuna dair məlumat verməyib.