AzNews.az xəbər verir ki, Suqa bildirib ki, Cənubi və Şimali Koreya arasında 9 yanvarda görüş razılığı əldə olunması ilə bağlı Yaponiya Pxenyan administrasiyasının nüvə və raket proqramından imtinası üçün təzyiq etməyə davam edəcək.
Yaponyanın ABŞ və Seul hökuməti ilə yaxın təmasda olduğunu vurğulayan Suqa, bu mövzuda Çin və Rusiya ilə də işbirliyinə gedəcəklərini gizlətməyib. "Lazımi adımları ataraq Pxenyan hökuməti üzərində təzyiqləri artıracağıq" deyə, o, əlavə edib.