AzNews.az Lenta.ru-ya istinadən xəbər verir ki, 38 yaşlı Əli Abdulla Sant-Eugeniya xəstəxanasından tibb bacısının paltarını oğurlayıb. Paltarı əyninə geyinərək dekabrın 31-də 43 yaşlı hamilə qadının yerləşdiyi palataya daxil olub. Qadına yaxınlaşan kişi soyunmağa başladıqda o, qışqıraraq köməyə çağırıb.
İki tibb bacısı və həkim palataya daxil olaraq kişini dayandırıblar. Polis hadisə yerinə gələrək onu həbs edib.
İzahatında Somali qaçqını qeyd edib ki, onun hərəkətindən Allahın xəbəri var. Afrikalının vəkili onu psixiatriya klinikasına göndərməyi xahiş edib. Yanvarın 10-da onun psixi durumu yoxlanılacaq.