Natavan Dado ilə barışdı - Foto

5 Yanvar 2018 12:45 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu, sənətçinin sosial şəbəkədə paylaşdığı fotollardan aydın görünür. Natavan Həbibi yaxın rəfiqəsinin ad gününə bir müddət öncə “ayrılıram” deyə haray çəkdiyi həyat yoldaşı Dado Əliyevlə birlikdə qatılıb. Aşağıdakı fotolar cütlüyün hazırda birgə və çox səmimi olduğunu əks etdirir.

Qeyd edək ki, 2017-ci ildə Natavan Həbibi tanınmış rep ifaçısı Dado Əliyevlə ailə həyatı qurub. Bir müddət öncə isə müğənni sosial şəbəkədə həyat yoldaşından ayrılacağı ilə bağlı məlumat vermişdi. Mətbuatda onların barışması haqqında məlumatlar yayılsa da dekabrın 26-da Natavan Həbibi televiziya kanallarının birində boşanması ilə bağlı sualları cavablandırarkən artıq Dado ilə görüşmədiklərini bildirib.

Bahar RÜSTƏMLİ
AzNews.az