"İranda Suriya ssenarisi təkrarlanmamalıdır" - ABŞ nümayəndəsi

5 Yanvar 2018 13:01 (UTC+04:00)

AzNews.az rus mətbuatına istinadən xəbər verir ki, Xeyli bəyan edib ki, Suriyada baş verən dəhşətlər göz qabağındadır, qanlı rejim xalqın iradəsini sındıraraq onu hüquqlardan məhrum edib.

"Bu dəhşəti nəzərə alaraq, İranda eyni hadisələrin təkrar olunmasına yol verməməliyik", - Xeyli əlavə edib.

Xeylinin sözlərinə görə, İranda baş verənlər insan hüquqları, beynəlxalq hüquq və təhlükəsizlik məsələlərini yenidən qabardır.