AzNews.az BBC-yə istinadən xəbər verir ki, Donal Tramp miqrasiya sahəsində ciddi islahatlara ehtiyac olduğunu deyib.
Onun fikrincə, elə bir plan işlənib hazırlanmalıdır ki, bu, amerikalı ailələrin maraqlarına cavab versin, həmçinin təhlükəsizlik normalarına uyğun olsun.
Tramp bildirib ki, hazırki miqrasiya sistemi amerikalılar üçün məqsədəuyğun deyil.
O, həmçinin Meksika ilə sərhəddə beton divarların inşasından danışıb. Tramp bunu Meksikadan narkoticarətçilər, kriminal qruplar və cinayətkar axınının qarşısını almaq üçün uğurlu bir layihə adlandırıb.