Özünü ayağından güllələdi - Öldü

5 Yanvar 2018 14:25 (UTC+04:00)

AzNews.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, yanvarın 4-də Tovuz rayonunun Balaşamlıq kəndində rayon sakini Əhməd Məmmədov ov tüfəngi ilə ehtiyatsız davrandığından açılmış atəşdən ayaq nahiyəsindən xəsarət almış və xəstəxanaya aparılarkən yolda ölüb.

Tovuz RPŞ-nin əməkdaşları tərəfindən hadisə yerindən müvafiq sənədləri olmayan “TOZ” markalı ov tüfəngi götürülüb.

Araşdırma aparılır.