Azərbaycanlılar İranda inqilabın qarşısını aldılar - Politoloq

5 Yanvar 2018 18:04 (UTC+04:00)

İnqilab Qvardiyasının komandanı Məhəmməd Əli Cəfəri açıq bildirib: "Çətinliklər sona çatdı, nümayişçilər məğlub ayırıldı". Ekspertlər deyirlər ki, İran əhalisinin böyük bir hissəsini təşkil edən azərbaycanlıların nümayişlərə qatılmaması siyasi sabitliyin təmin edilməsində xeyli dərəcədə əhəmiyyətli amil idi. Çünki İranda yaşayan azərbaycanlılar İran cəmiyyətində kifayət qədər güclü qüvvədir.

"Atlas" Araşdırma Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlunun sözlərinə görə, İranda etirazların son dalğasına əgər Təbriz və Ərdəbil sakinləri də qatılsaydı, inqilab baş verə bilərdi:

"İranda son söz - azərbaycanlılar üçün belə oldu və belə olacaq. Xomeyni də belə deyib ki, əgər Təbrizin tələbələri 1979-cu ildə küçələrə çıxmasaydılar, İslam inqilabı olmayacaqdı ".

İranlı azərbaycanlıların mövqeyindən danışarkən, onların hazırkı nümayişləri dəstəkləmədiyini söyləyən Şahinoğlu, etirazların iqtisadi cəhətdən motivasiya olub-olmadığını və xaricdən koordinasiyalı olub-olmadığını, ümumiyyətlə, küçə yürüşlərinin arxasında tam olaraq kimin dayandığının bilinmədiyini dedi. Bunun üçün də çox fəal azərbaycanlılar nümayişləri dəstəkləmədi, başqalarının əlində bir vasitə olmaq istəmədilər.

Ekspert bildirdi ki, Türkiyə və Azərbaycan da daxil olmaqla, qonşu ölkələrin bu cür məsələyə müdaxilə etməməsi mühüm rol oynayır:

"Bəli, bəzən İranın xarici siyasəti bizdə suallar doğurur, onun Ermənistanla olan isti münasibətləri ilə razı deyilik. Lakin bu, bəzi ərəb ölkələrində olduğu kimi bu ölkədə xaos yaranmasına maraqlı olmağımız demək deyil”.

Şahinoğlunun sözlərinə görə, son hadisələr İran iqtisadiyyatında və siyasi sistemində islahatların zərurəti haqqında hökumətə bir siqnal olmalıdır. Eləcə də, milli məsələlərlə bağlı zəruri problemləri həll etmək, radikal şiə qruplaşmalarına dəstək verməkdən imtina etmək lazımdır. Belə olmasa, İranda bu cür hadisələr hər an davam edə bilər.

Qeyd edək ki, Tehran, Məşhəd, İsfahan və Rəşt, o cümlədən İranın digər böyük şəhərlərdə dekabrın 28-dən etibarən sosial etirazla əlaqədar kütləvi aksiyalar keçirilib. Yazılanlara görə, 27 nəfər bu aksiyaların qurbanı olub.

AzNews.az