AzNews.az Xəzərxəbər-ə istinadən xəbər verir ki, 60 yaşlı qadın müəllimənin məşqçilik etməsi hər kəsi təəccübləndirib. Bu işi olduqca həvəslə yerinə yetirən Pakizə Mikayılova haqda haqqında belə başlıq yazılıb: futzal oyununda hər kəsin diqqətini çəkən məşqçi nənə. Bu günlərdə ən çox paylaşılan həmin görüntülərin qəhrəmanını axtarıb tapmışıq ki, onu daha da yaxından tanıyasınız.
Qadın müəllimə futzalda şagirdlərinin oyunu zamanı etdiyi hərəkətlərlə diqqət mərkəzinə gəlib.
Oyunu kənardan izləyən idman müəllimi yerində dayana bilmir.
Keçirdiyi hər yarışda öz həyəcanı ilə seçilən qadın Balakən rayonu Kor Tala kəndində fiziki tərbiyə dərsini tədris edir. 60 yaşlı Pakizə Mikayılova artıq 40 ildir ki bu dərsi tədris edir. Bir ay əvvəl AFFA-nın təşkil etdiyi futzal yarışında şagirdlərinin oyunu zamanı həyacanından kənarda dura bilmir.
Yaşının 60 olmasına baxmayaraq həvəslə şagirdlərinə dərs keçir. Pakizə müəllimə futzal oyununa yarışlardan sonra daha da maraq göstərib. İndi bir komanda hazırlaşdırıb nailiyyətlər qazandırmaq istəyir.
Müəllimə peşəsini şagirdlərə o qədər sevdirib ki onlarla şagirdi məhz bu sahə üzrə ali təhsil alırlar.