Sərxoş sürücü yanacaqdoldurma məntəqəsinə girərək qəza törətdi - Foto

6 Yanvar 2018 09:15 (UTC+04:00)

"Report" xəbər verir ki, Rəsulov Rövşən Şamo oğlu idarə etdiyi "90-MP-597" dövlət qeydiyyat nişanlı "VAZ-2107" markalı avtomobili ilə "Lukoil" yanacaqdoldurma məntəqəsinə daxil olmaq istəyib. Lakin idarəetməni itirən sürücü avtomobili məntəqədəki texnikaya vurub.

Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Sürücünün sərxoş olduğu müəyyən olunub.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.

AzNews.az