ABŞ polisi 987 nəfəri güllələyib

6 Yanvar 2018 10:27 (UTC+04:00)

AzNews.az xəbər verir ki, "Washington Post" qəzetinin yerli rəsmi qaynaqlara əsasən dərc etdiyi statistikaya görə, 2015-2017-ci illərdə təqribən 3 min nəfər ABŞ polisinin güllələriylə həyatını itirib.

Statistikaya görə, polis 2015-ci ildə 995, 2016-cı ildə 963, 2017-ci ildə isə 987 nəfəri vuraraq öldürüb.