AzNews.az xəbər verir ki, ABŞ prezideti Donald Trampın xidmətdəki ilk ilinin bəhs edildiyi və ciddi müzakirələrə səbəb olan "Qəzəb və Hirs: Trampın Ağ evin içindən" adlı kitab elə ilk gündəcə satılıb qurtarıb.
Mixael Volf tərəfindən qələmə alınan kitab onlayn satış edən "Amazon"un kitab bölümündə "1 nömrə"yə yerləşdirilib. Paytaxt Vaşinqton və Nyu York kimi şəhərlərdəki kitab mağazalarında isə bütün kitablar satılıb.