Qarabağda erməni əsgər ölüb

6 Yanvar 2018 13:08 (UTC+04:00)

Ordu.az xəbər verir ki, bu gün saat 02:10 radələrində işğal altında olan Qarabağda qondarma qurumun hərbi birləşmələrindən birinin müddətdən artıq xidmət edən hərbi qulluqçusu, 1992-ci il təvəllüdlü Mher Vaniki Ziroyan ölüb.

İlkin məlumata görə, erməni əsgər dəm qazından zəhərlənmə nəticəsində ölüb.

Hadisə ilə əlaqədar araşdırma aparılır.