Apple bütün məhsullarının həssaslığını qəbul etdi

6 Yanvar 2018 20:44 (UTC+04:00)

Meltdown və Specter kompüter prosessorlarının işinə zərbə vurur və xakkerlərin verilənlər bazasına daxil olmasını asanlaşdırır. Zərərli proqramlar yaddaşın qorunan hissəsinə daxil ola və gizli məlumatları ötürə bilər.

Problem Mac OS və iOS əməliyyat sistemlərində çalışan bütün cihazlara təsir edir, bu təhlükədən sovuşmağın yolları isə hələ ki, məlum deyil. Bu barədə Apple şirkəti məlumat yayıb. Şirkət həmçinin təhlükənin həlli haqqında heç bir məlumatın olmadığını bildirir, lakin Apple bunun üçün artıq yenilənmiş müdafiə proqramını yayımlayıb. Amma, Apple məhsullarının istifadəçiləri tez-tez onların kompüterlərinin digərlərinə nisbətən təhlükəsizlik məsələsində daha az həssas olduğunu bildirirlər.

AzNews.az