APA-nın qərb bürosunun xəbərinə görə, şəhər sakini 1936-cı il təvəllüdlü Vəliyev Əjdər yaşadığı evin qarşısında naməlum avtomobil tərəfindən vurulub. Piyada müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Vəziyyətinin orta ağır olduğu bildirilir. Məlumata görə, hadisə şəhərin Gəncəvi küçəsində baş verib.
AzNews.az