AzNews.az xəbər verir ki, ABŞ-ın şərq sahillərində həddindən artıq soyuq hava şəraiti hələ də qalmaqdadır. Səlahiyyətlilər ABŞ-ın şərq sahillərində xüsusilə mərkəzi Riçmond şəhəri olan Virciniya şatında həddindən artıq soyuq hava səbəbiylə 22 nəfərin öldüyünü bildirib. ABŞ Milli Hava Xidməti tərəfindən "Dondurucu hava kütlələri və küləklər bu həftə sonu da ABŞ-ın şərqində təsirini davam etdirəcək" açıqlaması yayılıb.

