AzNews.az xəbər verir ki, bu barədə İspaniya komandasının rəsmi saytı məlumat yayıb.
Klubun mətbuat xidmətinin məlumatına görə, 25 yaşlı futbolçu ilə 5 il yarım müddətinə müqavilə imzalanıb və 400 milyon avroluq sərbəst qalma maddəsinin də qeyd olunduğu bildirilib.
"Liverpul" braziliyalının transferindən təqribən 160 milyon avro əldə edəcək. Bu rəqəmin Koutinyonu "Barselona"nın ən bahalı futbolçusu etdiyi bildirilir.