Dağıstanda məscid imamı qətlə yetirilib

7 Yanvar 2018 10:37 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu barədə TASS hüquq-mühafizə orqanlarındakı mənbələrinə istinadən məlumat yayıb.

Hadisə Xasavyurt rayonunun Mutsalaul kəndində baş verib. İmam naməlum şəxslər tərəfindən yaşadığı evin qarşısında güllələnərək qətlə yetirilib.

Hadisə ilə əlaqədar cinayət işi başlayıb.