Sərdar Cəlaloğlu: “Bu bir az qaranlıq məsələdir”

2 Mart 2013 11:22 (UTC+04:00)
"Milli Şuranın yaradılmasının ideya müəllifi Rüstəm İbrahimbəyovdur. O da Azərbaycana gəlməyəcəyi haqda bəyanat verir".

Bu açıqlamanı APA-ya Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu verib. O deyib ki, Milli Şura ideyası ilə bağlı heç bir məlumatı yoxdur: "Bu ideyanın müəllifi Rüstəm İbrahimbəyov ölkədə yoxdur. İndi onun işini kimin davam etdirdiyini isə bilmirəm. Yəni bu bir qədər qaranlıq məsələdir".

S. Cəlaloğlu müxalifətin əməkdaşlıq imkanlarının hər keçən gün gecikdiyini də qeyd edib: "Hər ötən gün atacağımız addımların effektivliyini aşağı salır. Biz nə qədər bu məsələni uzadırıqsa, yaxınlaşmalar, razılaşmalar gec həll olursa, bir o qədər seçkilərlə bağlı əməkdaşlıq məsələsində gecikirik".

AzNews.az