Hacıqabul sakinləri yolu bağladı

2 Mart 2013 11:39 (UTC+04:00)
Martın 2-də Hacıqabul rayonunun Qızılburun kəndinin bir qrup sakini aksiya keçirərək yaxınlıqdakı "İpək Yolu"nu bağlayıblar.

Aksiya barədə musavat.com-a məlumat verən kənd sakini Rəşad Eyvazov bildirib ki, sakinlərin yolu bağlamaqda məqsədi kəndin ortasından keçən "İpək Yolu"na dəmir ayrıcı lövhələrin quraşdırılmasıdır. Kənd sakini deyir ki, həmin dəmirlər yolu keçib evlərinə getməyə imkan vermir.

Aksiya ilə bağlı Hacıqabul Rayon Polis Şöbəsinin və Hacıqabul Rayon İcra Hakimiyyətinin əməkdaşları hadisə yerinə gəliblər. Təxminən yarım saat davam edən aksiya magistral yolda ucu-bucağı görünməyən tıxaca səbəb olub. Rayon rəhbərliyi aksiya keçirən kənd sakinlərini sakitləşdirərək onların nümayəndəsi ilə görüş keçirdikdən sonra aksiya iştirakçıları yolu açıblar.

AzNews.az