104 yaşlı qadın uzunömürlülüyün sirrini açdı - Kola içirəm

8 Yanvar 2018 09:35 (UTC+04:00)

AzNews.az Daily Mail-ə istinadən xəbər verir ki, 104 yaşlı qoca qadın jurnalistlərə uzunömürlülüyün sirrini açıb.

"Mən dietik Kola içirəm, hər çərşənbə mağazaya gedib, bir həftəlik tədarük üçün bu içkini alıram. Evimdə kola butulkalarından ibarət böyük qalaq yaranıb", - Rouli deyir.

Bu içki ilk dəfə ABŞ-da 1982-ci ildə satışa çıxarılıb. O vaxt qarının 68 yaşı olub və bu içkini də birinci dəfə o vaxt istifadə edib.

Alimlərin fikrincə, bu içki insanda şəkərli diabetə, insulta və piylənməyə səbəb olur.