Azərbaycanlı müğənni ölkədən birdəfəlik gedir

8 Yanvar 2018 09:57 (UTC+04:00)

AzNews.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, sənətçi 10 gündən sonra Türkiyənin Bodrum şəhərinə köçəcək.

Niyam sözügedən şəhərdə biznesmen olmaq qərarına gəlib. Belə ki, o, Bodrumda restoran açmaq niyyətində düşüb.

Salami Bakıdan gedən zaman öz sənətindən uzaqlaşmayacaq, sahibi olduğu məkanda səhnəyə çıxaraq mahnı oxumağa davam edəcək.