Bayram Kürdəxanılının anası vəfat etdi

8 Yanvar 2018 10:18 (UTC+04:00)

AzNews.az Unikal.org-a istinadən xəbər verir ki, Səkinə Quliyeva uzun sürən xəstəlikdən sonra dünyasın dəyişib.

Mərhum Kürdəxanı qəbiristanlığında, oğlu Bayram Kürdəxanılının yanında dəfn olunub.

Xatırladaq ki, ötən ilin avqust ayının 23-də toy mərasimindən evə qayıdan meyxana ustası Kürdəxanı qəsəbə ərazisində yolu keçərkən Emin Fərhadovun idarə etdiyi "Peugeot" markalı, 10-PS-782 dövlət seriya nişanlı avromobil onu vurub. Nəticədə meyxana ustası ağır xəsarət alıb. Hadisəni törətmiş sürücü Bayram Kürdəxanılını 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.