Kennedi aeroportunu su basdı - Fotolar

8 Yanvar 2018 10:39 (UTC+04:00)

AzNews.az xarici mediaya istinadən xəbər verir ki, Manhettenin şərqindəki Lonq Aylənd adasında yerləşən hava limanının 4-cü terminalında bir gün əvvəl baş verən fırtınanın təsiri ilə əsas su boruları patlayıb.

Fırtınalı hava şəraiti səbəbindən günlərdir gözləməyə məcbur olan yolçular, baqajlarının su basqınından zərər görməsinə görə çətin anlar yaşayıblar.

Su basqını və pis hava şəraiti üzündən gecikən yolçular hava limanında gözləməkdə davam edirlər.