İki avtomobil toqquşdu - Yaralılar var

8 Yanvar 2018 11:03 (UTC+04:00)

APA-nın qərb bürosunun verdiyi məlumata görə, yolun 464-cü kilometrliyində, Ağstafa rayonu ərazisindən keçən hissəsində “Mercedes” və “Mitsubishi” markalı avtomobillərin toqquşması nəticəsində iki nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onlara tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az