Türkiyədə komendant saatı elan olundu

8 Yanvar 2018 12:35 (UTC+04:00)

AzNews.az türk mətbuatına istinadən xəbər verir ki, komendant saatının elan olunması PKK-ya qarşı həmin əyalətlərdə aparılan hərbi əməliyyatlarla bağlıdır.

Hərbi əməliyyatların digər əyalətlərdə də aparılacağı istisna edilmir.

Qeyd edək ki, PKK ilə mübarizə Türkiyədə 30 ildən artıqdır ki, aparılır. Mübarizə 40 min insanın ölümü ilə nəticələnib. PKK BMT və Avropa İttifaqı tərəfindən terrorçu təşkilat kimi tanınıb.