AzNews.az Report-a istinadən xəbər verir ki, hadisə şəhərin qərb çıxışında baş verib.
Belə ki, hərəkətdə olan "VAZ-2106" markalı avtomobil yanacaq daşıyan yük maşınına çırpılıb. Nəticədə minik maşınında olanların xəsarət aldığı bildirilir.
Hazırda əraziyə DYP əməkdaşları və təcili yardım xidməti cəlb olunub.