AzNews.az Reuters-ə istinadən xəbər verir ki, papanın bəyanatı Koreya yarımadasındakı gərginliklə bağlıdır.
Papa deyib ki, nüvə silahından imtina prosesinin hüquqi əsasları işlənib hazırlanmalıdır.
Vatikan lideri həmçinin Yaxın Şərqdə sülhə və sabitliyə səsləyib. O, deyib ki, Qüdsün status-kvosuan hörmətlə yanaşılmalıdır.
Papa BMT-nin 122 ölkəsinin nüvə silahına qarşı müqaviləsini də xatırladıb.