Tələbə qız öz sevgilisini öldürüb Facebook-da paylaşdı

9 Yanvar 2018 15:37 (UTC+04:00)

AzNews.az rus mətbuatına istinadən xəbər verir ki, qətl qısqanclıq zəminində törədilib.

Nair və Fernando 5 il görüşüblər. Bir il əvvəl aralarında yaranmış kiçik mübahisəyə görə ayrılıblar. Tələbə qız bir il keçməsinə baxmayaraq, sevdiyi oğlanı unuda bilməyib və onu pistoletlə öldürüb.

Qətldən sonra qız Facebook-da sevgilisinin şəklini paylaşaraq onu əbədi sevəcəyini yazıb.

Tələbəni qətlə görə 25 il həbs cəzası gözləyir.