Cənubi Afrikada yenə qatar qəzası - 200 yaralı

9 Yanvar 2018 15:49 (UTC+04:00)

AzNews.az xəbər verir ki, təcili tibbi yardım qrupu Cohannesburqda Germiston stansiyasında bu səhər baş verən qatar qəzasında təqribən 200 nəfərin yaralandığını açıqlayıb.

Şəhərlərarası qatarın bir vaqonunun relsdən çıxması nəticəsində baş verən qəza ilə bağlı araşdıma başladılıb.

Xatırladaq ki, Cənubi Afrikada ötən həftə sərnişin qatarının yük maşını ilə toqquşması nəticəsində 20 nəfər ölmüş, 270 nəfər yaralanmışdı.