Ermənistan Qarabağda müharibədən qorxur

9 Yanvar 2018 17:08 (UTC+04:00)

AzNews.az erməni mətbuatına istinadən xəbər verir ki, bunu erməni politoloqu Aleksandr İskəndəryan deyib.

Onun fikrincə, danışıqlar prosesində heç bir yenilik yoxdur.

Müharibə variantının da mümkün olmadığını deyən ekspert düşünür ki, genişmiqyaslı hərbi əməliyyatları bərpa etmək mənasızdır.

Ekspertin sözlərinə görə, ATƏT-in Minsk qrupu da münaqişənin həlli ilə bağlı cəhdlərdən uzaqdır və bilavasitə menecment rolunda çıxış edirlər. Onların məqsədi qarşılıqlı inam yaratmaq və təmas xəttində atəşkəsi qoruyub saxlamaqdır.

Bir qədər əvvəl Azərbaycanın parlamentinin üzvü Zahid Oruc AzNews.az-a müsahibəsində deyib ki, Ermənistan Azərbaycanın hərbi potensialından xəbərdardır. Aprel döyüşlərində Bakı öz hərbi gücünü nümayiş etdirmək imkanı əldə etdi. Bunu beynəlxalq hərbi mütəxəssislər də təsdiq edir.

Parlamentari həmçinin əlavə edib ki, Dağlıq Qarabağda təmas xəttində geniş əməliyyatların aparılmaması məhz beynəlxalq qüvvələrin maraqlarına xidmət edir.

Azərbaycan dövləti isə 2017-ci ildə həm siyasi, həm də iqtisadi sahədə aparıcı mövqeyini qoruyub, həmçinin öz hərbi gücünü möhkəmləndirməkdə davam edib, ordusunu çağdaş silah və texnika ilə təchiz edib. Birincisi, ermənilər İrəvan rejiminin vədlərinə inanıb öz talelərini potensial müharibə zonası ilə bağlamırlar. İkincisi, güclü Azərbaycan ordusu Ermənistanı daha təhlükəli avantüralara getməkdən çəkindirir. Ən nəhayət güclü ordu gec-tez Azərbaycana öz əraziləri üzərində nəzarəti bərpa etməyə imkan yaradacaq.