İranın dini lideri Trampı hədələdi: “Cavabsız qoymayacağıq”

9 Yanvar 2018 17:39 (UTC+04:00)

AzNews.az xəbər verir ki, ABŞ prezidenti Trampı və Vaşinqton rəhbərliyini sərt ifadələrlə hədəf alan Xamneyi belə deyib:

"Başınız daşa dəydi; təkrarlasanız, yenə bacarıqsız olarsınız. Bir neçə gün ərzində İrana zərər verdiniz, bu, cavabsız qalmayacaq. Amerikalıların dediyinə görə, "ağlı, düşüncəsi belə, yerində olmayan" bu adam şou xarakterli oyunlarının cavabsız qalmayacağını bilməlidir".