AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, “Bloomberg”in məlumatlarına əsasən Bezosun sərvəti 105,1 milyard dollara çatıb. “Forbes” reytinqində isə onun sərvəti 104,4 milyard dollar dəyərində qiymətləndirilir. Hər iki reytinqdə də Bezos Bill Qeytsi geridə qoyub.
Hazırda “Amazon”un bir səhminin qiyməti 1246 dollar təşkil edir. Bu göstərici isə şirkətin dəyərli kağızları üçün tarixi maksimumdur. Bezos şirkətin 78,9 milyon səhminə sahibdir. O həmçinin məşhur “Washington Post” nəşriyyatının və “Blue Origin” kosmik şirkətinin sahibidir.