Bakıda güclü külək fəsadlar törətdi

10 Yanvar 2018 09:10 (UTC+04:00)

"Report" xəbər verir ki, hadisə Binəqədi rayonunda baş verib.

Belə ki, Biləcəri qəsəbəsində 1992-ci il təvəllüdlü Əliyev Əhməd Fərman oğlu yol kənarı ilə hərəkət edən zaman güclü küləyə tab gətirməyən daş hasar uçub. Nəticədə daşlar Ə.Əliyevin üzərinə düşüb.

O, xəsarət alaraq 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Həkimlər Ə. Əliyevin vəziyyətini orta-ağır kimi qiymətləndirir.

AzNews.az